24 Ocak 2016 Pazar

Əvvəllər Şimal yarımkürəsinin bütün mülayim sahəsi üzrə yayılmışdılar. Hal-hazırda ABŞ və Avropa ərazisində tamamilə məhv olublar, ya da buna yaxın vəziyyətdədirlər. Əvvəlki tək, cənub ştatlarından başqa Kanadada geniş yayılıblar. ABŞ da az sayda Minnesota ştatında və Alyaskada, eləcə də Yelloustoun və Qleşier milli parklarında və bəzi bitişik toxunulmamış yerlərdə qalıblar. Ola bilsin ki, Meksikanın insan məskənlərindən uzaq yerlərində də qorunublar. Avropada azsaylı populyasiyaları Kantabriyanın, Appeninin və Karpatların ucqar yerlərində qalıblar. Ayrı-ayrı başları italyan və transilvan Alplarında da qorunublar. Şərqi Avropada və Rusiya Federasiyasının Avropa hissəsində yayılıblar. Şərqdə bütün Sibirdə, Qafqazda, Türküstanda(Orta Asiyada), Monqolustanda, Tibetdə, Koreyada cənuba doğru Hindistan, Bəlucistan və Kəşmirə qədər geniş yayılıblar. Cənub-şərqi Asuyada İrandan Ərəbistana qədər yayılıblar. Qərbi, Şimali və Mərkəzi Avropada tamamilə məhv olublar. Müxtəlif yerlərdə, tundrada, meşələrdə, çöldə və səhraların qıraqlarında yaşayırlar. 3-4 min metr dəniz səviyyəsindən yuxarı da rast gəlmək olar. Adətən təkliklə, cütlərlə və ailə qruplarında birləşirlər. Nadir hallarda sürü şəklində. Oturaq, nadir hallarda köçəri həyat sürürlər.Dırnaqlıları, gəmiriciləri və dovşanları ovlayırlar. Yay vaxtı quş, eləcə də giləmeyvə və yumurta ilə qidalanırlar.


Hiç yorum yok:

Yorum Gönder