Şir və ya aslan (lat. Panthera leo) — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri çaynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlərvə s. ilə qidalanır. Boğazlıq dövrü 116 gün çəkir, 1-6, adətən 3-4 bala (çəkisi 400 qram) doğur. Cinsi yetkinliyə 3 yaşında çatır. 30-35 il yaşayır. Şirin pələng və bəbirlə mələzləri də var. Şimal-qərbi Hindistanda və Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayır.
Şir | |||||||||||||||||||||||||||||||||||||
![]() Erkək şir Namibiyada, 2004. | |||||||||||||||||||||||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||
Latınca adı | |||||||||||||||||||||||||||||||||||||
Panthera leo Linnaeus, 1758 | |||||||||||||||||||||||||||||||||||||
Areal | |||||||||||||||||||||||||||||||||||||
![]() | |||||||||||||||||||||||||||||||||||||
|
Hiç yorum yok:
Yorum Gönder