21 Ocak 2016 Perşembe

  1. Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları
    Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir. Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır.
    Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı [«Azərbmeşə» İstehsalat Birliyi] tərəfindən həyata keçirilir.
    page7image19120 page7image19280 page7image19440 page7image19600
    Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi
    Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı [«Azərbmeşə» İstehsalat Birliyi] (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər.
    Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.
    Meşə fondu torpaqlarının subicarəsi qadağandır.
    Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
    Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
    Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:
      icarəyə verilən sahənin sərhədləri;
      işin həcmi (ölçüləri);
      icarənin müddəti;
      icarə haqqının miqdarı və onun ödənmə qaydası;
      icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin
    öhdəlikləri;
      Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə
    tutulmuş başqa şərtlər.
    Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
    Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
    Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.
    Maddə 25. Meşəqırma bileti, order və meşə bileti
    Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
    Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör- töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.
    Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.

    Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir. page8image18800 page8image18960 page8image19120

Hiç yorum yok:

Yorum Gönder