26 Ocak 2016 Salı

Şirlər insanların həyatında

Şir heyvanların şahı hesab edilir. Konqo sakinləri olan bantular ona ehtiram göstərir, hinduizmdə o pis ruhların qovucusu, buddizmdə isə qanun keşikçisi hesab olunur. Şir bir çox gerblərdə, xüsusən də Britaniya şahları - kral və kraliçaların gerblərində təsvir olunur.1900-cü ildə Uqandanın paytaxtı Kampaladan Hind okeanı sahilindəki Mombas limanınadək 1300 kilometrlik dəmiryolu inşa etmək planlaşdırılırdı. Kilimancaro dağının ətəyində yerləşən Tsavada dəmiryolu şirlərin məskunlaşdığı ərazidən keçməli idi. Burada yaşayan şirlər bir neçə günə 28 işçini yedilər və iş bir neçə həftəliyə təxirə salındı. Sonra şirləri təqib edərək öldürdülər. Yerli sakinlərin fikrincə, qədim şah və onun arvadı şir qismində gəlmişdilər ki, öz ərazilərini qorusunlar.

Hiç yorum yok:

Yorum Gönder