23 Aralık 2015 Çarşamba

 Bitkilərdə iki cür istilik paylama sistemi var. Birincisi, əgər yarpağın istiliyi ətrafın istiliyindən çoxdursa, hava dövranı yarpaqdan xarici mühitə doğru olur. İsti  hava soyuq havadan daha yüngül olduğundan, bu, onun yüksəlməsinə səbəb olur. Buna görə də, yarpaqların səthində isinən hava yüksəlir və səthdən ayrılır. Soyuq hava isə daha ağır olduğu üçün yarpağın səthinə doğru enir. Beləliklə, istilik azalır və yarpaq sərinlənir. Bu əməliyyat yarpağın səthinin istiliyi ətrafdakı istilikdən yüksək olduğu müddət boyu davam edir. Çox quru və isti hava şəraitində, yəni səhralarda da bu vəziyyət dəyişmir.Bitkilərin sahib olduqları sərinləmə mexanizmləri olmasaydı, günəşin altında bir neçə saat belə onlar üçün ölümlə nəticələnərdi. Günorta saatlarında bir dəqiqə boyu alınan günəş işığı bir kvadrat santimetrlik yarpaq səthinin istiliyini 37oC-yə qədər yüksəldə bilər. Bitki hüceyrələri isə istilik 50-60oC-yə yüksəldikdə ölməyə başlayırlar. Yəni bitkinin ölməsi üçün onun günorta vaxtı 3 dəqiqə günəş işığı alması kifayətdir. Bitkilər öldürücü istilərdən məhz bu iki mexanizm sayəsində qorunurlar. Bitkilərin istilik paylamasında istifadə etdikləri buxarlanma hadisəsi, eyni zamanda, atmosferdəki su buxarı tarazlığı üçün də əhəmiyyətlidir. Çünki bitkilərdəki buxarlanma yüksək miqdarda suyun nizamlı olaraq atmosferə çatdırılmasını təmin edir. Bitkilərin fəaliyyətləri su mühəndisliyi kimi də xarakterizə edilə bilər. 1000 kvadrat metrlik meşədəki ağaclar havaya 7,5 ton su verə bilirlər. Bu xüsusiyyətlərilə bitkilər torpaqdakı suyu gövdələrindən keçirərək atmosferə çatdıran nəhəng su nasosları kimidirlər. Bu, çox əhəmiyyətli vəzifədir. Əgər bu xüsusiyyətləri olmasaydı, suyun yerlə göy arasındakı dövranı bugünkü kimi reallaşa bilməzdi, bu da yer üzündəki tarazlıqların pozulmasına səbəb olardı.

Xarici səthləri odun və quru maddə ilə əhatə olunmasına baxmayaraq, bitkilər gövdələrindən tonlarla su keçirirlər. Bu suyu torpaqdan alır və son texnologiya ilə işlətdikləri fabriklərində istifadə etdikdən sonra onun böyük hissəsini təmizlənmiş şəkildə təbiətə verirlər. Bunu edərkən aldıqları suyun bir qismini də qida istehsalında hidrogendən istifadə etmək məqsədilə parçalayırlar.
Bizim yarpaqlardakı tərləmə, ya da ağacların olduğu mühitdəki nəmlik kimi xarakterizə etdiyimiz hadisələr, əslində, yer üzündə həyatın davam etməsi baxımından əhəmiyyətlidir.
Bitkilərdə gördüyümüz bu əməliyyatların bir hissəsi belə götürülsə, həmin an sistem iflic olar və işləyə bilməz.

 Bitkilərin sərinləmə mexanizmi olmasaydı, onlar bir neçə saata günəşin altında məhv olardılar. Su mühəndisliyi kimi xarakterizə edilən bitkilər Allah’ın yaratmasındakı qüsursuzluğu göstərir.

Eyni yerdə olan bitki və daş günəş enerjisini bərabər miqdarda almalarına baxmayaraq, eyni dərəcədə isinməzlər. Günəşin altında qalan hər canlıda mütləq mənfi təsir meydana gəlir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Yüksək temperaturda bütün yay boyu bitkilərin yarpaqlarının günəşin altında qovrulmasına baxmayaraq, niyə onlara heç nə olmur? Ayrıca, bitkilər öz tərkiblərindəki isinmədən başqa, kənardan da istilik alaraq dünyadakı temperatur tarazlığını təmin edirlər. Bu istilik tutma əməliyyatını apararkən özləri də bu istiyə məruz qalırlar. Bəs getdikcə artan istidən təsirlənmək əvəzinə, bitkilər çölün istiliyini almağa necə davam edirlər?
Daim günəşin altında olan bitkilər digər canlılara nisbətən suya daha çox ehtiyac duyurlar. Bitkilər yarpaqlarında yaranan tərləmə vasitəsilə də daim su itirirlər.  Su itkisinin qarşısını almaq üçün yarpaqların günəşə tərəf olan üst hissələri kutikula adlanan su keçirməyən, qoruyucu təbəqə ilə örtülmüşdür. Bunun sayəsində yarpaqların üst səthindən su itkisinin qarşısı alınır.
Bəs alt hissələri? Bitkilərdə qaz mübadiləsini təmin edən xüsusi dəri hüceyrələri olan məsamələr yarpağın alt hissəsində olur. Məsamələrin açılıb-bağlanması bitkiyə ancaq karbondioksidi alıb oksigen verməyə imkan yaradır, su itkisinin isə qarşısını alır.kincisi, yarpaqlardan su buxarı verilərək tərləmə təmin edilir. Tərləmə sayəsində su buxarlanarkən bitki sərinlənir.
Paylama sistemləri bitkilərin yaşadıqları mühitin şəraitinə uyğun şəkildə nizamlanmışdır. Hər bitki ehtiyacı olan sistemə malikdir. Son dərəcə kompleks quruluşu olan bu sistemin paylanması təsadüfən reallaşa bilərmi? Bu sualın cavabını vermək üçün səhra bitkilərinə nəzər salaq. Səhradakı bitkilərin yarpaqları çox qalındır. Suyu buxarlandırmaqdan daha çox qoruma istiqamətində dizayn edilmişlər. Bu bitkilər üçün istilik paylama əməliyyatını buxarlanma ilə reallaşdırmaq ölümlə nəticələnə bilər. Çünki səhra mühitində itirilən suyun kompensasiyası mümkün deyil. Gördüyümüz kimi, bu bitkilər istiliklərini hər iki yolla da paylaya bilərkən bu yollardan yalnız birini, üstəlik yaşamaları üçün yeganə etibarlı yolu seçirlər. Çünki səhra mühitinə uyğun dizayn edilmişlər. Bunu təsadüflərlə açıqlamaq isə mümkün deyil.

22 Aralık 2015 Salı

 XVII əsrdə yaşamış belçikalı fizik Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.

XVII əsrdə van Helmontun kəşf etməyə çalışdığı bu hadisə bəzi mərhələləri dövrümüzdə belə tam məlum olmayan fotosintez prosesidir. Yəni bitkilər qidalarını özləri hasil edirlər.
Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.
Yarpaqlar xüsusilə bitkilərin qida hasil etməsi, tənəffüs etməsi kimi proseslər üçün dizayn olunublar. Bir az sonra təfərrüatı ilə görəcəyimiz bu dizayn, əlbəttə, bizə yarpaqları dizayn edən üstün qüvvət sahibi Allah`ın varlığını sübut edən dəlillərdəndir.
Yarpaqların xüsusi formasının səbəbi
Həm ümumi quruluş cəhətdən, həm də mikroskopik cəhətdən təhlil edildikdə yarpaqların ən çox enerji hasilatını təmin etmək üçün yaradılmış, çox dəqiq, kompleks sistemlərə malik olduğunu görərik. Yarpaq enerji hasil etmək üçün temperatur və karbon qazını xarici mühitdən almalıdır. Yarpağın quruluşu da bu iki maddəni asanlıqla qəbul edəcək şəkildə tənzimlənmişdir.
Əvvəlcə, yarpaqların xarici quruluşunu təhlil edək.
Yarpaqların xarici səthi genişdir. Bu da fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbon qazının qəbul edilməsi və oksigenin xaric edilməsi) asanlıqla həyata keçirilməsini təmin edir.
Yarpağın yastı forması isə bütün hüceyrələrin xarici mühitə yaxın olmasına səbəb olur. Bu sayədə, qaz mübadiləsi asanlaşır və günəş şüaları fotosintez edən hüceyrələrin hamısına çatır. Bunun əksini təsəvvür edək. Yarpaqlar yastı və zərif quruluşda deyil, hər hansı həndəsi və ya mənasız formada olsaydı, yarpaq fotosintez prosesini sadəcə günəşin birbaşa təmas etdiyi hissələrdə həyata keçirərdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen hasil etməsinə mane olardı. Nəticədə, canlılar enerjidən məhrum olardılar.
Yarpaqlar bitkilərin həm nüvə enerjisi hasil edən stansiyaları, həm qida hasil edən fabrikləri, həm də mühüm reaksiyaları həyata keçirdikləri laboratoriyalarıdır. Yarpaqlarda həyati əhəmiyyət daşıyan proseslərin necə baş verdiyini anlamaq üçün yarpaqların fizioloji quruluşunu da təhlil etmək lazımdır.

 Hal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.

Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütününü ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və s. sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir.

 Bizi əhatə edən ətraf  aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün.Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı,  yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4  fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir.Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız  zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda , problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun  görüşünə???Ağacları kəsirik bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstəninn ciyərlərin gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indiAxı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü??? Dili yoxdur danışa bilmir,  ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nümayiş etdirir illərdir…Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir bizim… Allah tərəfindən bəxş edilmiş təbii sərvətimiz…

 Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! (Yasin surəsi, 81)

Hər şeyi istədiyi anda yaratmağa qadir olan uca Allah bu ayədə sonsuz yaratma gücünü bizə bildirir.
Allah hər şeyin Yaradanı kimi bütün varlıqların yeganə sahibidir. Göyləri və yeri yaradan Allah istəsə, onların bənzərini də yaradar. Buludları Allah hərəkət etdirir, küləkləri Allah əsdirir, Günəşə temperaturu və işığı Allah verir, quşları havada Allah saxlayır, toxumu Allah cücərdir. Bitkilərə Allah fotosintez etdirir, planetləri orbitində Allah hərəkət etdirir. İnsanlar bu cür hadisələrin fiziki qanunlar, cazibə qüvvəsi, aerodinamika və bənzər maddi amillərlə əmələ gəldiyini zənn edirlər. Halbuki bəzilərinin unutduğu mühüm bir həqiqət var: bütün fiziki qanunları da Allah yaradıb. Kainatda yeganə qüdrət sahibi Allah’dır.
Biz yatarkən, oturarkən, yeriyərkən, heç ağlımıza gətirmədikdə belə, Allah kainatda mövcud olan bütün sistemlərin hamısını an-an yaradır. Varlığımızın davam etməsi üçün baş verən proseslərin hər biri Allah’ın nəzarəti altındadır. Kiçik addım atmağımız, habelə yerin cazibə qüvvəsindən dayaq-hərəkət sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta Yerin fırlanma sürətinə qədər hər şey Allah’ın həssas yaratmasından asılıdır.
Allah istədiyini istədiyi şəkildə və zamanda yoxdan yaradandır. Hər cür qüsurdan uzaqdır, heç nəyə möhtac deyil. Allah’ın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Allah bütün bu səbəblərin yaradanı kimi bunların heç birindən asılı deyil.
Göylərin və yerin Rəbbi olan Allah istədiyi təqdirdə bu səbəbləri də aradan qaldıra bilər. Ona görə, insan Allah’ın böyüklüyünü, qüvvətini düşünərkən öz duyğu orqanları və ağlı çərçivəsində düşünərsə, yanılar. Biz Allah’ın istədiyi ölçüdə öyrənirik.
Allah üçün yaratmaq çox asandır. Bunun üçün ayələrdə bildirildiyi kimi sadəcə “Ol” əmrini verməsi kifayətdir. Allah kainatdakı bütün qanunları Özü həyata keçirir və onları istədiyi formaya salır. Allah istədiyini istədiyi anda həyata keçirir. Allah göydə və yerdə olan hər şeyi əhatə edir, qüdrəti ilə hər şeyə hakimdir.

16 Aralık 2015 Çarşamba

 Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)

Allah’ın insanları gözəllikdən zövq alacaq şəkildə yaratması çox böyük nemətdir. Allah’ın yaratdığı milyardlarla canlı arasından ancaq insan nemətləri dərk edərək yaşayır. Məsələn, heyvanlar qoxu bilirlər, ancaq dərk etmirlər. Yəni: “Bu, gözəl qoxudur”, -deyə düşünmürlər. Mexaniki yaşayırlar. Bir növ robot kimidirlər. Halbuki insan hər cür qoxunun fərqinə vararaq, düşünərək, seçərək zövq alır. Məsələn, qarpızın dadı, görünüşü, qoxusu insanın ruhunda müəyyən təsir yaradır.
Allah’ın nemətlərini düşünmək həm Allah’ın yaratma sənətini qavrayıb Allah qorxusunu, Allah sevgisini artırmaq üçün səbəbdir, həm də Allah’ın Cənnətdə möminlərə göstərəcəyi mükəmməl nemətlər üzərində düşünüb Cənnətə can atmaq üçün vəsilədir.
Əgər insan şüurlu şəkildə ətrafını müşahidə etsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin ona lütf etdiyi nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, onu sevindirən bütün gözəlliklər, sağlamlığı və daha bir çox şey Allah’ın nemətidir. Allah bəxş etdiyi nemətlərin böyüklüyünü bir ayədə belə xəbər verir:
Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

15 Aralık 2015 Salı

javascript:;

 Bir neçə nümunədən də göründüyü kimi, dünyadakı bütün gözəlliklər zamanla məhv olmağa məhkumdur. Yer üzündə zamanın məhv etmədiyi heç bir gözəllik yoxdur. Allah istəsəydi, sonsuz qüdrəti və elmi ilə əbədiyyən davam edən gözəlliklərlə dünyanın hər yerini bəzəyərdi. Ancaq imtahan üçün yaratdığı qullarının Onu tanımaları, əzabını və qüvvətini anlamaları, Cənnəti istəyib Cəhənnəmdən qorxmaları üçün yer üzünü acizlik və qüsurlarla dolu yaratmışdır.

Əsl həyatın dünyada olmadığını bilməyən bir çox insan gözəlliklərin ardınca qaçarkən hərisliklə boş yerə çalışırlar. Halbuki müvəqqəti gözəllik üçün bu qədər çalışmağın heç bir əsası yoxdur. Əgər bir insan rahatlığa, xoşbəxtliyə qovuşmağı çox arzulayır və bunu dünyada əldə edə bilmirsə, düşünməli və Cənnətdəki əbədi həyata qovuşmağın yollarını axtarmalıdır. Çünki insanın gözəllik istəyinə əbədi qovuşacağı yeganə yer Cənnətdir. Bu həqiqət Quranda belə xəbər verilmişdir:
…Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. (Füssilət surəsi, 31)
Nəfsin əldə etməyə çalışdığı gözəlliyin əsli dünyada yoxdur
İnsanın gözəlliyə düşkünlüyü nemətə sahib olduqdan sonra çox vaxt gözlənilən həzzi, xoşbəxtliyi vermir. Gözəlliklərin tədricən məhv olması buna səbəbdir, digər səbəb isə nəfsin bundan daha gözəlini axtarması və istəməsidir. Gözəl avtomobil alan bir insan daha gözəl avtomobillə, gözəl üzü olan bir insan daha gözəl üzlə, gözəl bağı olan bir insan daha gözəl bağla mütləq qarşılaşır və ya xəbərdar olur. Bu isə insanın – əgər iman gətirməyibsə – daha əvvəl gözəl deyə bəyənib aldığı bir şeydən əl çəkməsinə, artıq əvvəlki kimi dəyər verməyib yeni gözəlliyi arzulamasına səbəb olur.

 Ehtişam və qüdrətindəki gözəlliklə kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta hüceyrənin belə olmadığı zamanda: “Ol!” -deməsi ilə yaranan atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət sonsuz aləmi düşündükdə Allah’ın Bədi, yəni yoxdan yaradan isminin təcəllisinə heyran oluruq.

Çox gözəl insan üzü gördükdə bədəninin, gözlərinin gözəlliyinə, üzündəki simmetriyaya qarşı içimizdə heyranlıq hissi doğur, çünki Allah’ın Cəmil (gözəl) isminin təcəllisini bəyənirik. İnsan Allah’ın Öz ruhundan üfürərək yaratdığı varlıqdır. Gözəlliyi axtaran hər insan fərqinə varmasa da, əslində, Allah’ın bənzərsiz sənətindən, qüdrətindən, elmindən, gözəlliyindən ruhuna zövq verən neməti axtarır. Gözəllikdən alınan zövq də hz. Muhəmmədin (səv) “Allah gözəldir və gözəli sevir” (Tirmizi, Ədəb 41) hədisindən anladığımız kimi, Allah’ın bu xüsusiyyətinin qulundakı təcəllisidir. Allah gözəlliyi sevir, Onun ruhunu daşıyan qulları da gözəlliyi sevirlər.
Dünyadakı gözəlliklər tədricən məhv olur
Dünya həyatında bir insan gözəllikləri nə qədər arzulayıb əldə etməyə çalışsa da, əldə etdiyi bütün gözəlliklər dünya şərtləri altında xarab olmağa, köhnəlməyə, məhv olmağa məhkumdur. Ona görə, bəyənərək, öyünərək əldə edilən bütün gözəlliklər tədricən məhv olacaq. Məsələn, çox gözəl insanın gözəlliyi dərisi yaralanmadıqda və ya bir xəstəlik olmadıqda ən çox 15-20 il davam edir. Çox bəyəndiyi çiçək ən gec bir həftə sonra solur və əvvəlki gözəlliyini itirir. Ən davamlı materiallardan tikilən gözəl bir ev və ya avtomobil belə zamanla köhnəlib xarab olur.

14 Aralık 2015 Pazartesi

 Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)

Allah’ın insanları gözəllikdən zövq alacaq şəkildə yaratması çox böyük nemətdir. Allah’ın yaratdığı milyardlarla canlı arasından ancaq insan nemətləri dərk edərək yaşayır. Məsələn, heyvanlar qoxu bilirlər, ancaq dərk etmirlər. Yəni: “Bu, gözəl qoxudur”, -deyə düşünmürlər. Mexaniki yaşayırlar. Bir növ robot kimidirlər. Halbuki insan hər cür qoxunun fərqinə vararaq, düşünərək, seçərək zövq alır. Məsələn, qarpızın dadı, görünüşü, qoxusu insanın ruhunda müəyyən təsir yaradır.
Allah’ın nemətlərini düşünmək həm Allah’ın yaratma sənətini qavrayıb Allah qorxusunu, Allah sevgisini artırmaq üçün səbəbdir, həm də Allah’ın Cənnətdə möminlərə göstərəcəyi mükəmməl nemətlər üzərində düşünüb Cənnətə can atmaq üçün vəsilədir.
Əgər insan şüurlu şəkildə ətrafını müşahidə etsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin ona lütf etdiyi nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, onu sevindirən bütün gözəlliklər, sağlamlığı və daha bir çox şey Allah’ın nemətidir. Allah bəxş etdiyi nemətlərin böyüklüyünü bir ayədə belə xəbər verir:
Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)
 Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)
Allah’ın insanları gözəllikdən zövq alacaq şəkildə yaratması çox böyük nemətdir. Allah’ın yaratdığı milyardlarla canlı arasından ancaq insan nemətləri dərk edərək yaşayır. Məsələn, heyvanlar qoxu bilirlər, ancaq dərk etmirlər. Yəni: “Bu, gözəl qoxudur”, -deyə düşünmürlər. Mexaniki yaşayırlar. Bir növ robot kimidirlər. Halbuki insan hər cür qoxunun fərqinə vararaq, düşünərək, seçərək zövq alır. Məsələn, qarpızın dadı, görünüşü, qoxusu insanın ruhunda müəyyən təsir yaradır.
Allah’ın nemətlərini düşünmək həm Allah’ın yaratma sənətini qavrayıb Allah qorxusunu, Allah sevgisini artırmaq üçün səbəbdir, həm də Allah’ın Cənnətdə möminlərə göstərəcəyi mükəmməl nemətlər üzərində düşünüb Cənnətə can atmaq üçün vəsilədir.
Əgər insan şüurlu şəkildə ətrafını müşahidə etsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin ona lütf etdiyi nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, onu sevindirən bütün gözəlliklər, sağlamlığı və daha bir çox şey Allah’ın nemətidir. Allah bəxş etdiyi nemətlərin böyüklüyünü bir ayədə belə xəbər verir:
Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

x

12 Aralık 2015 Cumartesi

 Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Allah kainatın hər guşəsini gözəlliklərlə bəzəmişdir
Sonsuz elm və qüdrət sahibi olan uca Allah insanları gözəlliyə sövq edən istəklərinə asanlıqla nail olmaları və zövq almaları üçün kainatın hər guşəsində Cəmil (gözəl), Müsəvvir (təsvir edən, forma və surət verən), Sani (sənətkar) və Bədi (yoxdan yaradan) isimləri ilə təcəlli edir. Məsələn, günəş doğduqda səmada əmələ gələn mənzərədə Allah’ın Sani isminin təcəllilərini seyr edirik. Kəpənəyin qanadlarındakı qüsursuz simmetriya Allah’ın Müsəvvir, yəni təsvir edən, forma verən isminin təcəllisidir.

11 Aralık 2015 Cuma

 İnsanların gözəlliyə meyli, bu nemətə bağlılığı əvəzedilməzdir. Seçim etməli olan insan həmişə ən gözəli seçir. Heç kim xoşuna gəlməyən, bəyənmədiyi çirkin şeyi seçməz və istəməz. Çünki insanın ruhu gözəl görüntülərdən, gözəl əxlaqdan, gözəl sözdən zövq alacaq şəkildə yaradılmışdır. İnsanların gözəlliyə bu qədər istəkli olmasının səbəbi ruhlarındakı gözəlliyi əldə etmə arzusunu reallaşdırmaqdır. Qırmızı gül, ağ zanbaq, parıltısı ilə göz qamaşdıran cavahirat, gözəl at, gözəl bağ, gözəl ev, gözəl avtomobil, gözəl uşaq və ya gözəl bir üz… Bunları görən insanın içində gizli də olsa, bu gözəlliklərə sahib olmaq,  heç olmasa baxaraq və ya bir dəfə də olsa, istifadə edərək bunlardan faydalanmaq arzusu olur. Quranda bu istəkdən qaynaqlanan sahiblənmə hissinin dünya həyatında bir imtahan olaraq insanlara cəlbedici göstərildiyi xəbər verilmişdir:

10 Aralık 2015 Perşembe

   Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.


  Hər gözəlliyin, hər nemətin əsl sahibi Allah’dır. Ona görə, gözəlliyə tərif dedikdə nemətin mənbəyinə, əsl sahibinə yönəlmək lazımdır. “Ya Rəbbim, Sən nə gözəl yaradıbsan, bütün təriflər Sənədir”, -deyilməlidir.

Gözəllik insana zövq, xoşbəxtlik, rahatlıq verən nemətdir. İnsanlar həyatın hər mərhələsini bu neməti əldə etmək arzusu ilə, xoşlarına gələn gözəlliklərə uyğun olaraq tənzimləyirlər. 

9 Aralık 2015 Çarşamba

        Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər.

Hal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər.