21 Ocak 2016 Perşembe

Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası
Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada həyata keçirilir.
III fəsil. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi
Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu məqsədlə:
  •   meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir [«Azərbmeşə» İstehsalat Birliyi], onun aparılması qaydalarını müəyyən edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   investisiya siyasətini həyata keçirir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
  •   köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
page9image19016 page9image19176 page9image19336 page9image19496 page9image19656 page9image19816 page9image19976 page9image20136 page9image20296 page9image20456 page9image20616 page9image20776 page9image20936 page9image21096 page9image21256 page9image21416 page9image21576 page9image21736 page9image21896 page9image22056 page9image22216

  •   meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və əlaqələndirir [«Azərbmeşə» İstehsalat Birliyi];
      meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
      meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti və öz səlahiyyətləri hüdudunda «Azərbmeşə» İstehsalat Birliyi];
      meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
      meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir [«Azərbmeşə» İstehsalat Birliyi];
      meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır [Azərbaycan Respublikasının Nazirlər Kabineti];
      meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir [Azərbaycan Respublikasının Prezidenti];
      qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;
      meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası
    sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:
      iqtisadiyyatın inkişafı;
      ətraf mühitin mühafizəsi;
      ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə
    edilməsi.
    Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti
    Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
    Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri
    Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 

Hiç yorum yok:

Yorum Gönder