21 Ocak 2016 Perşembe


arid bitkilər — buxarlanan rütubətin miqdarının yağıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.

Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi
Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.
Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə yönəldilmişdir.
Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər
Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra — ağac-kol bitkiləri) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir.
Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin təkinin, atmosfer havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.
Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə uyğun olaraq tənzimlənir. 

Hiç yorum yok:

Yorum Gönder