11 Ocak 2016 Pazartesi

“Təmiz Şəhər” ASC “Təbiət Dostları” Gənclər İctimai Birliyininin “Yaşıl Həftə -2012” kampaniyasında iştirak edib. Qurumdan SİA-ya verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov “Yaşıl İçki” tədbirində tullantıların idarəolunması mövzusunda gəncləri məlumatlandırıb.“Tullantıların idarəedilməsi” mövzusuna həsr edilmiş görüşdə iştirakçılara tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan bəhs edilib. Həmçinin, “Təmiz Şəhər” ASC-nin Balaxanı poliqunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində gördüyü işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilib. “Təmiz Şəhər” ASC-nin nümayəndəsi sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırıb. 

Image result for tebiet haqqinda insa

Hiç yorum yok:

Yorum Gönder