Bayquşlar və ya əsl bayquşlar (lat. Strigidae) - bayquşkimilər dəstəsinə aid quş fəsiləsi. Bayquşun bədəni 17-74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar.
Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır.
Bayquşlar | |||||||||||||||||||||
![]() Adi yapalaq | |||||||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||
Latınca adı | |||||||||||||||||||||
Strigidae (Vigors, 1825) | |||||||||||||||||||||
|
Hiç yorum yok:
Yorum Gönder