24 Ocak 2016 Pazar

Qızışma dövrü, coğrafiyadan asılı olaraq dəyişkəndi. Boğaz olma zamanı 62-75 gün. Dişi ildə bir dəfə balalayır. 9-14 qədər , ortalama 4-6 küçük gətirir. Dişi təbii şəraitdə təşkil olunan mağarada küçükləyir. Laktasiya təxminən 1,5 aydır. Erkək balaların tərbiyəsində iştirak edir. Cinsi yetkinlik iki yaşlarından başlayır.Ümumi sayları bəlli deyil. Kanadada onlar yetərincə çoxdur, Britaniya Kolumbiyasında və Yukonda 1979-cu ildə sayları 10 min idilər. ABŞ da Alyaskada 1979-cu ildə 10-15 min , Minnesotada - 1200, Miçiqan və Viskonsin ştatlarında - 60, 1978-ci ildə Qleşier milli parkında(ştat Montana)- 10- 20. 1980-cı ilin əvvəlində Meksikada canavarların sayı 50 -yə çatırdı. İberiyada, İspaniyada və Portuqaliyada 1980-ci ildə 200 keçmirdi. 1979-cu İtaliyada 100 yaxın idi; 1979-cu ildə Finlandiyada(hamısı Rusiyadan gəlmə) yenə -100. Rumıniyada - 2000; Polşada 1981-ci ildə - 517; 1973-cü ildə Qazaxstanda 30 min; Qafqazda, Mərkəzi Sibirdə və Qırğızıstanda çoxsaylı idilər. 1980-ci ildə Türkiyədə çox azaldı, xüsusi ilə qərbində və şimal-qərbində. İranda 1979-cü ilə qədər 1500. Əfqanıstanda, xüsusi ilə dağlıq yerlərdə çoxsaylı idi. Pakistanın şimalında az deyil. Hindistanda 500 çox deyildilər. Monqolustanda çoxdurlar. Sayların azalması ovlanması bağlıdır.


Hiç yorum yok:

Yorum Gönder