26 Ocak 2016 Salı

Ceyran

Ceyran (lat. Gazella subgutturosa) - antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır.
Çox yaraşıqlı olan ceyranın erkəklərinin liraşəkilli buynuzu (uzunluğu 40 sm-dək) var; dişiləri buynuzsuzdur. Səhra və yarımsəhralarda yaşayır. Yovşan və müxtəlif ot bitkiləri yeyir, susuzluğa davamlıdır. Dəstələrlə gəzir. Çox cəlddir və böyük sürətlə (55-62 km/saat) qaça bilir. 1-2 bala doğur.
Azərbaycanda nəsli kəsilmək üzrədir.XIX əsrin ortalarında ceyran səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur. Yovşanlı və yovşanlı-şoran yarımsəhrada məskən salırlar. Təsərrüfat fəaliyyətilə əlaqədar ceyranlar başqa yerə getmək məcburiyyətindədir.Aviahesablamaların nəticəsinə əsasən 1960-1961-ci illərdə respublikada 200-dən az ceyran qalmışdır. Az-çox Mil-Qarabağ, Ceyrançöl, Acınohur, Şirvan düzündə və Cənubi-şərqi Şirvanda təsadüf edilirdi. Bu heyvanların mühafizəsinin güclənməsi onların sayının azalmasının qarşısını aldı və 1972-ci ildə artıq 1500-ə yaxın fərd qeydə alınmışdır. Şirvan Dövlət Qoruğunun, Bəndovan, Korçay və Abşeron yasaqlıqlarının yaradılması nəticəsində ceyranın sayı artıb 80-ci illərdə artıq 3-3,5 min fərdə çatmışdır.
  • Sayının dəyişilmə səbəbləri: Ceyranların sayının azalmasının əsas səbəbi qanunsuz ovlanması, yaşadığı sahələrdə təsərrüfat fəaliyyətinin genişlənməsidir.

Bayquş və onun növləri

Bayquşlar və ya əsl bayquşlar (lat. Strigidae) - bayquşkimilər dəstəsinə aid quş fəsiləsi. Bayquşun bədəni 17-74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar.
Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır.

Bayquşlar
Adi yapalaq
Adi yapalaq
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:Sonağızlılar
Tip:Xordalılar
Yarımtip:Onurğalılar
Sinif:Quşlar
Yarımsinif:Yenidamaqlılar
Dəstə:Bayquşkimilər
Fəsilə:Bayquşlar
Latınca adı
Strigidae (Vigors1825)
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ÜTMX  177854

Şirlər insanların həyatında

Şir heyvanların şahı hesab edilir. Konqo sakinləri olan bantular ona ehtiram göstərir, hinduizmdə o pis ruhların qovucusu, buddizmdə isə qanun keşikçisi hesab olunur. Şir bir çox gerblərdə, xüsusən də Britaniya şahları - kral və kraliçaların gerblərində təsvir olunur.1900-cü ildə Uqandanın paytaxtı Kampaladan Hind okeanı sahilindəki Mombas limanınadək 1300 kilometrlik dəmiryolu inşa etmək planlaşdırılırdı. Kilimancaro dağının ətəyində yerləşən Tsavada dəmiryolu şirlərin məskunlaşdığı ərazidən keçməli idi. Burada yaşayan şirlər bir neçə günə 28 işçini yedilər və iş bir neçə həftəliyə təxirə salındı. Sonra şirləri təqib edərək öldürdülər. Yerli sakinlərin fikrincə, qədim şah və onun arvadı şir qismində gəlmişdilər ki, öz ərazilərini qorusunlar.

Şirin arakterik xüsusiyyətləri

 Şirlərin kütləsi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. Nə vaxtsa Yunanıstandan Hindistanadək olan ərazidə geniş yayılmış şirlər indi əsasən Afrikanın şərqində və cənubunda kiçik dəstələr halında yaşayırlar. Bu dəstələri "prayd" adlandırırlar. Praydlar bir neçə yetkin erkək (bir və ya iki) və bir neçə dişidən ibarət olur.Öz iti caynaqları və dişləri ilə pişikkimilərin ən böyük nümayəndəsi olan şirlər zürafədən tutmuş kütləsi 4 tona çatan hipopotam və hətta tısbağaları da yeyir.
Öz ölçülərinə görə erkəklərdən daha kiçik olan dişi şir buna baxmayaraq erkəklərdən daha sürətlidir (saatda 50 km-dək ) və insanlar üçün daha təhlükəlidir, xüsunən də balalarına qulluq edən zaman. Məhz dişilər gənc şirləri ov etməyə öyrədirlər. Onu da demək lazımdır ki, yetkin şir özündən 3 dəfə böyük olan canlını da öldürə bilər.
Güclü və sağlam şirlər otyeyən heyvanlarla qidalanır. Onlar qrup şəklində ov edirlər - əvvəlcə sürünərək qurbanlarına gizlicə yaxınlaşırlar, sonra qəflətən ona hücum edirlər. Şirlər qrup halında ov etsələr də, onların 5 cəhdindən yalnız biri uğurla başa çatır. Şirlərin gözü qaranlıqda yaxşı görür. Buna görə də ov adətən gecəyarısı və ya səhərə yaxın baş verir.

Şir haqqında umumi məlumat

Şir və ya aslan (lat. Panthera leo) — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri çaynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilopzebrzürafəmaralsürünənlərvə s. ilə qidalanır. Boğazlıq dövrü 116 gün çəkir, 1-6, adətən 3-4 bala (çəkisi 400 qram) doğur. Cinsi yetkinliyə 3 yaşında çatır. 30-35 il yaşayır. Şirin pələng və bəbirlə mələzləri də var. Şimal-qərbi Hindistanda və Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayır.

Şir
Erkək şir
Erkək şir Namibiyada, 2004.
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:Sonağızlılar
Tip:Xordalılar
Yarımtip:Onurğalılar
İnfratip:Ağızçənəlilər
Sinifüstü:Dördayaqlılar
Sinif:Məməlilər
Yarımsinif:Vəhşi heyvanlar
İnfrasinif:Plasentalılar
Dəstəüstü:Lavrazioterilər
Dəstə:Yırtıcılar
Yarımdəstə:Pişikkimilər
Fəsilə:Pişiklər
Yarımfəsilə:Böyük pişiklər
Cins:Panter
www.Oydaa.NeT:Şir
Latınca adı
Panthera leo Linnaeus, 1758
Areal
şəkil
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ÜTMX  183803
MBMM  9689