21 Ocak 2016 Perşembe

  1. IV fəsil. Meşə təsərrüfatının təşkiliMaddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər
    Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.
    Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:
    page10image19504 page10image19664 page10image19824 page10image19984 page10image20144 page10image20304 page10image20464 page10image20624 page10image20784
      insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;
      oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;
      meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması;
      meşə fondu torpaqlarından səmərəli istifadə;
      meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl
    təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;
      bioloji müxtəlifliyin saxlanılması;
      tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.
    Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi
    Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.
    İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
      qoruqmeşələri;
      kurort meşələri;
      xüsusi qiymətli meşə massivləri;
      şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının
    meşələri;
      yabanı meyvə meşələri;
      dövlət qoruyucu meşə zolaqları;
      sair meşələr.
    Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.
    Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.
    Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən edilməsi
    Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
    Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
    page11image19728
    orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
    Maddə 33. Meşənin qırma yaşının təyini
    Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
    Meşənin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.
    Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı [«Azərbmeşə» İstehsalat Birliyi] tərəfindən müəyyən edilir.
    Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası
    Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.
    Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir.
    Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq edilir.
    Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri- meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması 

Hiç yorum yok:

Yorum Gönder