25 Ocak 2016 Pazartesi

Adi canavar haqqında Ümumi məlumat (1)

Canavarların ölçüləri də regional olaraq dəyişir:
  • Ən böyük canavarlar LatviyaBelorusiyaAlyaska və Kanadada görsənir, 160 sm bədən uzunluğuna (+ 52 sm quyruq) və ayaqda olduğu halda, 80 sm boya çatır. Bu canavarlar 80 kg ağırlığına qədər çata bilər.
  • Ən kiçik canavarlar Yaxın Şərq də və ərəb yarımadasında olur, lakin 80 sm bədən uzunluğuna (+ 29 sm quyruq) və 20 kq ağırlığına çatırlar. Ömürləri 24 ildir.
Gecə vaxtı fəaldır, onun ərazisində yaşayan bütün heyvanlarla qidalanırlar. Qışda əsasən dırnaqlı heyvanlarla, yayda isə xırda onurğalılarla (dovşanlarsiçanlar), sürünənlərlə, həşəratlarla və meyvə gilələri onların qida rasionunu təşkil edir.
Ac canavar 10 kiloqram ət yeyə bilər, adi sutka norması isə 2-6 kilqram təşkil edir. Cütləşdirmə vaxtından başqa, canavarlar 6-10 fərddən ibarət olan sürülərlə yaşayırlar. Sürüdə ierxiyaya ciddi riayət edilir. Sürünün başçısı əksər halda erkək olur ("alfa" canavarı). Sürüdə onu dik duran quyruğundan tanımaq olar. Dişiklər arasında da "alfa- canavarı" vardır, o, adətən sürü başçısından qabaqda gedir. Təhlükə olanda və ya ov vaxtı, "alfa" canavarı sürüyə başçılıq edir.


Hiç yorum yok:

Yorum Gönder