salam dostlar bu bloggerdə təbiət haqqıda bütün məlumatlara sahib ola bilərsən.
11 Ocak 2016 Pazartesi
Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli, torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox " mənəm-mənəm” deyən hökmdarlar azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsədə, onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələr də qalmışdır. Bu gün öz keçmişi ilə Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder