21 Ocak 2016 Perşembe

Meşə yazda

Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır. İsti torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu qaldırır. Yerin hərarətinin +10 S artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının – Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarında Xəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar. Havaların qızması ABS-da, Rusiyada, Çində və digər ölkələrdə quraqlıgın artması ilə müşayiət olunmuşdur.

Hiç yorum yok:

Yorum Gönder