Ceyran (lat. Gazella subgutturosa) - antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır.
Çox yaraşıqlı olan ceyranın erkəklərinin liraşəkilli buynuzu (uzunluğu 40 sm-dək) var; dişiləri buynuzsuzdur. Səhra və yarımsəhralarda yaşayır. Yovşan və müxtəlif ot bitkiləri yeyir, susuzluğa davamlıdır. Dəstələrlə gəzir. Çox cəlddir və böyük sürətlə (55-62 km/saat) qaça bilir. 1-2 bala doğur.
Azərbaycanda nəsli kəsilmək üzrədir.XIX əsrin ortalarında ceyran səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur. Yovşanlı və yovşanlı-şoran yarımsəhrada məskən salırlar. Təsərrüfat fəaliyyətilə əlaqədar ceyranlar başqa yerə getmək məcburiyyətindədir.Aviahesablamaların nəticəsinə əsasən 1960-1961-ci illərdə respublikada 200-dən az ceyran qalmışdır. Az-çox Mil-Qarabağ, Ceyrançöl, Acınohur, Şirvan düzündə və Cənubi-şərqi Şirvanda təsadüf edilirdi. Bu heyvanların mühafizəsinin güclənməsi onların sayının azalmasının qarşısını aldı və 1972-ci ildə artıq 1500-ə yaxın fərd qeydə alınmışdır. Şirvan Dövlət Qoruğunun, Bəndovan, Korçay və Abşeron yasaqlıqlarının yaradılması nəticəsində ceyranın sayı artıb 80-ci illərdə artıq 3-3,5 min fərdə çatmışdır.
- Sayının dəyişilmə səbəbləri: Ceyranların sayının azalmasının əsas səbəbi qanunsuz ovlanması, yaşadığı sahələrdə təsərrüfat fəaliyyətinin genişlənməsidir.
- Qorunması üçün zəruri tədbirlər: Qanunsuz ova qarşı mübarizəni gücləndirmək.
Gazella subgutturosa

Elmi təsnifat
Aləmi: Heyvanlar
Yarımaləm: Eumetazoylar
Bölmə: İkitərəflisimmetriyalılar
Yarımbölmə: Sonağızlılar
Tip: Xordalılar
Yarımtip: Onurğalılar
İnfratip: Ağızçənəlilər
Sinifüstü: Dördayaqlılar
Sinif: Məməlilər
Yarımsinif: Vəhşi heyvanlar
İnfrasinif: Plasentalılar
Dəstə: Cütdırnaqlılar
Yarımdəstə: Gövşəyənlər
Fəsilə: Boşbuynuzlular
Yarımfəsilə: Əsl antiloplar
Cins: Qazella
Növ: Gazella subgutturosa
Latınca adı
Gazella subgutturosa (Güldenstädt, 1780)
Mühafizə statusu

Vikinövlərdə
sistematika
Şəkil
axtarışı
ÜTMX 625101
MBMM 59529
Gazella subgutturosa | |||||||||||||||||||||||||||||||||||
![]() | |||||||||||||||||||||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||
Latınca adı | |||||||||||||||||||||||||||||||||||
Gazella subgutturosa (Güldenstädt, 1780) | |||||||||||||||||||||||||||||||||||
Mühafizə statusu | |||||||||||||||||||||||||||||||||||
|