22 Aralık 2015 Salı

 XVII əsrdə yaşamış belçikalı fizik Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.

XVII əsrdə van Helmontun kəşf etməyə çalışdığı bu hadisə bəzi mərhələləri dövrümüzdə belə tam məlum olmayan fotosintez prosesidir. Yəni bitkilər qidalarını özləri hasil edirlər.
Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.
Yarpaqlar xüsusilə bitkilərin qida hasil etməsi, tənəffüs etməsi kimi proseslər üçün dizayn olunublar. Bir az sonra təfərrüatı ilə görəcəyimiz bu dizayn, əlbəttə, bizə yarpaqları dizayn edən üstün qüvvət sahibi Allah`ın varlığını sübut edən dəlillərdəndir.
Yarpaqların xüsusi formasının səbəbi
Həm ümumi quruluş cəhətdən, həm də mikroskopik cəhətdən təhlil edildikdə yarpaqların ən çox enerji hasilatını təmin etmək üçün yaradılmış, çox dəqiq, kompleks sistemlərə malik olduğunu görərik. Yarpaq enerji hasil etmək üçün temperatur və karbon qazını xarici mühitdən almalıdır. Yarpağın quruluşu da bu iki maddəni asanlıqla qəbul edəcək şəkildə tənzimlənmişdir.
Əvvəlcə, yarpaqların xarici quruluşunu təhlil edək.
Yarpaqların xarici səthi genişdir. Bu da fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbon qazının qəbul edilməsi və oksigenin xaric edilməsi) asanlıqla həyata keçirilməsini təmin edir.
Yarpağın yastı forması isə bütün hüceyrələrin xarici mühitə yaxın olmasına səbəb olur. Bu sayədə, qaz mübadiləsi asanlaşır və günəş şüaları fotosintez edən hüceyrələrin hamısına çatır. Bunun əksini təsəvvür edək. Yarpaqlar yastı və zərif quruluşda deyil, hər hansı həndəsi və ya mənasız formada olsaydı, yarpaq fotosintez prosesini sadəcə günəşin birbaşa təmas etdiyi hissələrdə həyata keçirərdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen hasil etməsinə mane olardı. Nəticədə, canlılar enerjidən məhrum olardılar.
Yarpaqlar bitkilərin həm nüvə enerjisi hasil edən stansiyaları, həm qida hasil edən fabrikləri, həm də mühüm reaksiyaları həyata keçirdikləri laboratoriyalarıdır. Yarpaqlarda həyati əhəmiyyət daşıyan proseslərin necə baş verdiyini anlamaq üçün yarpaqların fizioloji quruluşunu da təhlil etmək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder