11 Aralık 2015 Cuma

 İnsanların gözəlliyə meyli, bu nemətə bağlılığı əvəzedilməzdir. Seçim etməli olan insan həmişə ən gözəli seçir. Heç kim xoşuna gəlməyən, bəyənmədiyi çirkin şeyi seçməz və istəməz. Çünki insanın ruhu gözəl görüntülərdən, gözəl əxlaqdan, gözəl sözdən zövq alacaq şəkildə yaradılmışdır. İnsanların gözəlliyə bu qədər istəkli olmasının səbəbi ruhlarındakı gözəlliyi əldə etmə arzusunu reallaşdırmaqdır. Qırmızı gül, ağ zanbaq, parıltısı ilə göz qamaşdıran cavahirat, gözəl at, gözəl bağ, gözəl ev, gözəl avtomobil, gözəl uşaq və ya gözəl bir üz… Bunları görən insanın içində gizli də olsa, bu gözəlliklərə sahib olmaq,  heç olmasa baxaraq və ya bir dəfə də olsa, istifadə edərək bunlardan faydalanmaq arzusu olur. Quranda bu istəkdən qaynaqlanan sahiblənmə hissinin dünya həyatında bir imtahan olaraq insanlara cəlbedici göstərildiyi xəbər verilmişdir:

Hiç yorum yok:

Yorum Gönder