23 Aralık 2015 Çarşamba

 Bitkilərin sərinləmə mexanizmi olmasaydı, onlar bir neçə saata günəşin altında məhv olardılar. Su mühəndisliyi kimi xarakterizə edilən bitkilər Allah’ın yaratmasındakı qüsursuzluğu göstərir.

Eyni yerdə olan bitki və daş günəş enerjisini bərabər miqdarda almalarına baxmayaraq, eyni dərəcədə isinməzlər. Günəşin altında qalan hər canlıda mütləq mənfi təsir meydana gəlir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Yüksək temperaturda bütün yay boyu bitkilərin yarpaqlarının günəşin altında qovrulmasına baxmayaraq, niyə onlara heç nə olmur? Ayrıca, bitkilər öz tərkiblərindəki isinmədən başqa, kənardan da istilik alaraq dünyadakı temperatur tarazlığını təmin edirlər. Bu istilik tutma əməliyyatını apararkən özləri də bu istiyə məruz qalırlar. Bəs getdikcə artan istidən təsirlənmək əvəzinə, bitkilər çölün istiliyini almağa necə davam edirlər?
Daim günəşin altında olan bitkilər digər canlılara nisbətən suya daha çox ehtiyac duyurlar. Bitkilər yarpaqlarında yaranan tərləmə vasitəsilə də daim su itirirlər.  Su itkisinin qarşısını almaq üçün yarpaqların günəşə tərəf olan üst hissələri kutikula adlanan su keçirməyən, qoruyucu təbəqə ilə örtülmüşdür. Bunun sayəsində yarpaqların üst səthindən su itkisinin qarşısı alınır.
Bəs alt hissələri? Bitkilərdə qaz mübadiləsini təmin edən xüsusi dəri hüceyrələri olan məsamələr yarpağın alt hissəsində olur. Məsamələrin açılıb-bağlanması bitkiyə ancaq karbondioksidi alıb oksigen verməyə imkan yaradır, su itkisinin isə qarşısını alır.kincisi, yarpaqlardan su buxarı verilərək tərləmə təmin edilir. Tərləmə sayəsində su buxarlanarkən bitki sərinlənir.
Paylama sistemləri bitkilərin yaşadıqları mühitin şəraitinə uyğun şəkildə nizamlanmışdır. Hər bitki ehtiyacı olan sistemə malikdir. Son dərəcə kompleks quruluşu olan bu sistemin paylanması təsadüfən reallaşa bilərmi? Bu sualın cavabını vermək üçün səhra bitkilərinə nəzər salaq. Səhradakı bitkilərin yarpaqları çox qalındır. Suyu buxarlandırmaqdan daha çox qoruma istiqamətində dizayn edilmişlər. Bu bitkilər üçün istilik paylama əməliyyatını buxarlanma ilə reallaşdırmaq ölümlə nəticələnə bilər. Çünki səhra mühitində itirilən suyun kompensasiyası mümkün deyil. Gördüyümüz kimi, bu bitkilər istiliklərini hər iki yolla da paylaya bilərkən bu yollardan yalnız birini, üstəlik yaşamaları üçün yeganə etibarlı yolu seçirlər. Çünki səhra mühitinə uyğun dizayn edilmişlər. Bunu təsadüflərlə açıqlamaq isə mümkün deyil.

Hiç yorum yok:

Yorum Gönder