23 Aralık 2015 Çarşamba

 Bitkilərdə iki cür istilik paylama sistemi var. Birincisi, əgər yarpağın istiliyi ətrafın istiliyindən çoxdursa, hava dövranı yarpaqdan xarici mühitə doğru olur. İsti  hava soyuq havadan daha yüngül olduğundan, bu, onun yüksəlməsinə səbəb olur. Buna görə də, yarpaqların səthində isinən hava yüksəlir və səthdən ayrılır. Soyuq hava isə daha ağır olduğu üçün yarpağın səthinə doğru enir. Beləliklə, istilik azalır və yarpaq sərinlənir. Bu əməliyyat yarpağın səthinin istiliyi ətrafdakı istilikdən yüksək olduğu müddət boyu davam edir. Çox quru və isti hava şəraitində, yəni səhralarda da bu vəziyyət dəyişmir.Bitkilərin sahib olduqları sərinləmə mexanizmləri olmasaydı, günəşin altında bir neçə saat belə onlar üçün ölümlə nəticələnərdi. Günorta saatlarında bir dəqiqə boyu alınan günəş işığı bir kvadrat santimetrlik yarpaq səthinin istiliyini 37oC-yə qədər yüksəldə bilər. Bitki hüceyrələri isə istilik 50-60oC-yə yüksəldikdə ölməyə başlayırlar. Yəni bitkinin ölməsi üçün onun günorta vaxtı 3 dəqiqə günəş işığı alması kifayətdir. Bitkilər öldürücü istilərdən məhz bu iki mexanizm sayəsində qorunurlar. Bitkilərin istilik paylamasında istifadə etdikləri buxarlanma hadisəsi, eyni zamanda, atmosferdəki su buxarı tarazlığı üçün də əhəmiyyətlidir. Çünki bitkilərdəki buxarlanma yüksək miqdarda suyun nizamlı olaraq atmosferə çatdırılmasını təmin edir. Bitkilərin fəaliyyətləri su mühəndisliyi kimi də xarakterizə edilə bilər. 1000 kvadrat metrlik meşədəki ağaclar havaya 7,5 ton su verə bilirlər. Bu xüsusiyyətlərilə bitkilər torpaqdakı suyu gövdələrindən keçirərək atmosferə çatdıran nəhəng su nasosları kimidirlər. Bu, çox əhəmiyyətli vəzifədir. Əgər bu xüsusiyyətləri olmasaydı, suyun yerlə göy arasındakı dövranı bugünkü kimi reallaşa bilməzdi, bu da yer üzündəki tarazlıqların pozulmasına səbəb olardı.

Xarici səthləri odun və quru maddə ilə əhatə olunmasına baxmayaraq, bitkilər gövdələrindən tonlarla su keçirirlər. Bu suyu torpaqdan alır və son texnologiya ilə işlətdikləri fabriklərində istifadə etdikdən sonra onun böyük hissəsini təmizlənmiş şəkildə təbiətə verirlər. Bunu edərkən aldıqları suyun bir qismini də qida istehsalında hidrogendən istifadə etmək məqsədilə parçalayırlar.
Bizim yarpaqlardakı tərləmə, ya da ağacların olduğu mühitdəki nəmlik kimi xarakterizə etdiyimiz hadisələr, əslində, yer üzündə həyatın davam etməsi baxımından əhəmiyyətlidir.
Bitkilərdə gördüyümüz bu əməliyyatların bir hissəsi belə götürülsə, həmin an sistem iflic olar və işləyə bilməz.

Hiç yorum yok:

Yorum Gönder